Erməni mafiyasının Avropadakı 17 yaşlı killeri Ermənistanda gizlənir – FOTO/VİDEO

Dünya


İsveçdə yerli sakin Fredrik Anderssonu öldürdüyü üçün həbs olunan və 2 il 11 ay müddətinə azadlıqdan məhrum edilən 17 yaşlı Frunze Saqatelyan həbsdən qaça bilib. Bu, onun ikinci qaçışıdır.

Hazırda hadisə ilə bağlı bir sıra Avropa ölkələrinin hüquq-mühafizə orqanlarının əməkdaşları məlumatlandırılıblar.

Qeyd edək ki, İsveçrədə erməni terror təşkilatı “Bruneterg”in üzvü olan Frunze Saqatelyan isveç siyasətçi Fredrik Anderssonu 2022-ci ilin mart ayında idman zalında məşq edərkən qətlə yetirib. Polis sonradan qatilin izinə düşüb və onun Ermənistana qaçdığını öyrənib.

Saqatelyan isə Ermənistanda olarkən İsveç vətəndaşlığını aldığını öyrənib. Bundan sonra o, İsveçə qayıdaraq könüllü təslim olub.

Törətdiyi cinayətə görə, Saqatelyanı 18 il həbs cəzası gözləyirdi. Ancaq cinayəti törədərkən 16 yaşının olması, istintaq müddəti və cəzasını qapalı internat məktəbində çəkməyə məhkum edilməsinə görə cəzası 2 il 11 aya salınıb – əsas cəza ilə müqayisədə müddət 83 faiz azaldılıb.

Amma görünür, hətta bu müddət qatil üçün çox uzun görünüb.

Belə ki, Frunze Saqatelyan diş həkiminə aparılarkən banda yoldaşları tərəfindən qaçırılıb.

Məlumata görə, Probasiya Xidmətinin maşını stomatoloqun kabinetinə yaxınlaşanda yaxınlıqda bir avtomobil dayanıb. Oradan bir neçə maskalı şəxs çıxaraq xidmətin üç əməkdaşını silahla hədələyib və Saqatelyanı azad ediblər. Sonra isə onlar oğurlanmış qara rəngli “Mercedes” markalı avtomobillə hadisə yerini tərk ediblər.

Ehtimal olunur ki, Frunze Anderssonu səhvən qətlə yetirib. Əsas hədəf həmin zalda məşq edən “MC Bandidos” üzvü olub. Hüquq mühafizəçilərin fikrincə, Saqatelyan yarımçıq işini bitirməsi üçün qaçırılıb.

Qeyd edək ki, Frunze Saqatelyan həm İsveç, həm də Ermənistan vətəndaşıdır. İsveç vətəndaşlığı ona məhz Fredrik Anderssonun qətlindən sonra – Ermənistana qaçdığı vaxt verilib. Bu fakt İsveç ictimaiyyətini çox həyəcanlandırıb.

Hazırda Saqatelyan beynəlxalq axtarışdadır.

Mənbə: aftonbladet.se

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir