Bakıda avtomobilin yük hissəsində mənşəyi məlum olmayan ət aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində agentliyin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində birgə keçirilən reyd zamanı fiziki şəxs Məmmədov Emin Əliqulu oğluna məxsus 99-CE-884 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin yük hissəsində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə əməl olunmadan, müvafiq baytarlıq sənədləri olmayan, kəskin qoxuya malik, ümumi çəkisi 120 kiloqrama yaxın sümükdən ayrılmış mənşəyi məlum olmayan ət aşkar olunub.
Ekspertizasının aparılması məqsədi ilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Məhsullar saxlanca verilib və dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Araşdırmalar davam etdirilir.
www.RESMIXEBER.az