“Ötən gün Bakı-Quba yolunun 25-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölüm halı qeydə alınmayıb”.
Bu barədə resmixeber.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, nəqliyyat vasitəsinin aşması səbəbindən qəza baş verib:
“Əraziyə DYP əməkdaşları cəlb olunublar. Belə ki, “Mitsubishi” markalı 90-RL-652 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Sumqayıt şəhər sakini H.Eşqin idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb”.
Könül Cəfərli
www.RESMIXEBER.az