Çempionlar Liqası: Bu gün iki yarımfinalçı müəyyənləşəcək – AFİŞA

Dünya


Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşəcək.

resmixeber.az xəbər verir ki, 1/4 finalın iki matçından sonra finala iddiaçılar bəlli olacaq.

Turnirin son qalibi “Real Madrid” İngiltərədə “Çelsi”nin qonağı olacaq. İspaniya təmsilçisi öz meydanında iki cavabsız qolla qələbə qazanıb.

Digər yarımfinalçı İtaliyada müəyyənləşəcək. “Buzovlar ölkəsi”nin iki təmsilçisi – “Napoli” və “Milan” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. İlk görüşdə “rossoneri” minimal hesablı (1:0) qələbə qazanıb.

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

18 aprel

23:00. “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya)

Baş hakim: Daniel Orsato (İtaliya)

London, “Stemford Bric” stadionu

İlk oyun – 0:2

23:00. “Napoli” (İtaliya) – “Milan” (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Neapol, “Dieqo Maradona” stadionu

İlk oyun – 0:1

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir