Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“resmixeber.az” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2019-cu il təvəllüdlü Şükürlü Ayan Elməddin qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az