Fransız dövlət katibinin açıq-saçıq şəkli olan “Playboy” jurnalı bir anda satıldı – FOTO

Dünya


Fransanın “Playboy” jurnalının yeni sayı bir anda satılıb.

Buna jurnalın üz qabığında Sosial və Həmrəylik İqtisadiyyatı üzrə Dövlət Katibi Marlen Şyappanın “cəsarətli” fotosunun yer alması səbəb olub.

“Playboy”un baş redaktoru Jan-Kristof Florentanın verdiyi məlumata görə, jurnalın 100 min nüsxəsi üç saat ərzində tükənib. Bu səbəbdən aprelin 20-də qəzet köşklərinə çıxacaq daha 60 min nömrənin çap edilməsi qərara alınıb.

Qeyd olunur ki, Fransada ayda orta hesabla jurnalın 30 min nüsxəsi satılır.

Jurnalda üz qabığındakı fotodan əlavə, Marlen Şyappa ilə qadın hüquqları mövzusunda müsahibə dərc olunub. Lakin kişi jurnalında erotik məzmunda göründüyü üçün siyasətçi həmkarları tərəfindən tənqid edilib. Belə ki, ölkənin baş naziri Elizabet Born siyasətçiyə zəng vuraraq onun müsahibəsini və fotoşəkilini “xüsusilə indiki dövrdə tamamilə yersiz” adlandırıb.

Mənbə: rbc.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir