BDYPİ-dən Bakı kənar dairəvi yolunda yaranmış tıxacla bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO

Cəmiyyət


Baş Dövlət Yol Polisi İdarəsi Bakı dairəvi yolunda aşan yük avtomobili və yaranan tıxacla bağlı açıqlama verib.

İdarənin şöbə rəisi Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qəza bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində baş verib:

“Qasımov Nəsir Habil oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı 99-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır”.

11:49

Bakı dairəvi yolunda yük maşını aşıb.

Oxu.Az-ın məlumatına görə, bu gün sözügedən yolda hərəkətdə olarkən “Mercedes” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Hadisə nəticəsində sözügedən yolda şəhər istiqamətinə nəqliyyat vasitələrinin hərəktində tıxac yaranıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Könül Cəfərli

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir