Praqanın mərkəzindəki Vatslav meydanında minlərlə insan hökumət əleyhinə nümayişə toplaşıb.
“Çexiya yoxsulluğa qarşı” şüarı altında keçirilən mitinqi “Hüquq. Hörmət. Peşəkarlıq” partiyası təşkil edib.
Məlumata görə, nümayişçilərin bir qismi respublikanın ucqar rayonlarından gəlib. Tədbirdə iqtisadiyyat, hüquq və xarici siyasət sahəsində ekspertlər, digər müxalifət partiyalarının nümayəndələri də iştirak ediblər.
“Biz ölkəmizi və Çexiyamızı müdafiə etmək üçün buradayıq”, – deyə partiya sədri İndrij Rayx bəyan edib. Siyasətçi poçtla səsvermənin tətbiqinə və eynicinsli nikahlar haqqında qanunun qəbuluna qarşı çıxıb. Onun fikrincə, nümayiş “iqtisadi və mənəvi yoxsulluğa” qarşı etiraz aksiyasıdır.
Nümayişi bir neçə yüz polis əməkdaşı müşahidə edib.
Mənbə: lenta.ru
www.RESMIXEBER.az