Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 55 yanğına çıxış, 9 halda köməksiz vəziyyətdə qalma və bir yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 14 nəfər, o cümlədən Masallı rayonu ərazisində, Ələt-Astara avtomobil yolunun 132-ci kilometrliyində “KamAZ” markalı yük avtomobili ilə “DAF” markalı tranzit yük avtomobilinin toqquşması nəticəsində yük avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfər xilas edilib, bir nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
www.RESMIXEBER.az