Suraxanı rayonunda binada qanunsuz su çəni quraşdırılıb.
Bu barədə resmixeber.az-a ərazidə yaşayan Fərid Hüseynvənd bildirib.
Onun sözlərinə görə, rayonun Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində yerləşən binada qanunsuz su çəni qoyulub:
“Sakinlərdən biri çəni bloka quraşdırıb. Həmin çənə su dolduran zaman ətrafa tökülür və antisanitar vəziyyət yaranır. Çən təhlükə mənbəyidir. Hər an qopub oradan keçən şəxsin başına düşə bilər”.
F.Hüseynvənd iddia edib ki, su çəninin quraşdırılması üçün Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 62 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Cavad Abdullayev rüşvət alıb:
“Mən qonşuya çəni burada quraşdırmasının düzgün olmadığını bildirdim.
O mənə bildirdi ki, bunun üçün Cavad Abdullayevə rüşvət verib. Daha sonra şikayətimlə bağlı C.Abdullayevin qəbulunda oldum. “Nə istəyirsən, et, kimə istəyirsən, şikayət elə”, – cavabını verdi”.
İlhamə Əbülfət
www.RESMIXEBER.az