Elm və Təhsil Nazirliyi: “Bölgələrdə bağçalar çatışmır, yeniləri açılmalıdır”

Cəmiyyət


“Bu günə qədər apardığımız araşdırmalar nəticəsində məlum olub ki, bölgələrdə bir çox bağçaların ciddi təmirə ehtiyacı var”.

“resmixeber.az” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, hətta bir sıra bölgələrdə bağçanın açılmasına ehtiyac var və bu istiqamətdə işlər aparılır.

E.Əliyev vurğulayıb ki, bu günə qədər bağçaların çox vaxt qayğı mərkəzi kimi başa düşüblər:

“Hansı ki valideyni çalışan uşaqlar burada qayğı ilə əhatə olunurlar. Bütün elmi araşdırmalar isə göstərir ki, bağçalar öyrənmə yeri olmalıdır. Bundan başqa, bağça tərbiyəçilərinin ciddi təlimlərə ehtiyacı olduğu da bəllidir. Resurs çatışmazlığı səbəbindən uşaqların inkişafı ilə bağlı problemlər var”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir