Bill Qeyts keçmişdən özünə yazdığı məktubu tapdı

Dünya


“Microsoft”un həmtəsisçisi Bill Qeyts 2008-ci ildə özünə göndərdiyi məktubu saytında dərc edib.

Qeytsin sözlərinə görə, bu məktubu “Weather for Dummies” kitabı barədə düşünərkən tapıb. Milyarder köhnə elektron məktubların arxivinə nəzər saldığı zaman məlum olub ki, o, 14 il əvvəl, 2008-ci ilin payızında artıq bu kitabdan bəhs edib.

Köhnə bir qeyddə keçmişdən olan Qeyts özü üçün oxunması zəruri olan 25 elmi kitabın siyahısını yazıb.

Qeyts bununla bağlı məlumatları öz bloqunun oxucuları ilə bölüşüb və bildirib ki, vaxtında siyahıda sadalanan bütün kitabları oxuyub. O qeyd edib ki, hətta bu gün də oradan əldə etdiyi biliklərə arxalanır.

Milyarder vurğulayıb ki, o indi bədii ədəbiyyata həsr etməyə özünə asudə vaxt ayırır və detektiv hekayələri oxumağı da xoşlayır.

Mənbə: MK.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir