FHN-in Akademiyasında “Heydər Əliyev İli”nə həsr edilmiş şahmat yarışına yekun vurulub – FOTO

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə respublikanın xüsusi təyinatlı ali təhsil müəssisələrinin əməkdaşları və kursantları arasında “Heydər Əliyev İli”nə həsr olunmuş şahmat yarışı keçirilib.

FHN-dən verilən məlumata görə, yarışda FHN-in Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Milli Aviasiya Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini təmsil edən komandalar qalib adı uğrunda güclərini sınayıblar.

Yarışın bağlanış və mükafatlandırma mərasimində, əvvəlcə Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən FHN-in Akademiyasının rəisi general-mayor Baba Salayev ümummilli lider Heydər Əliyevin şahmatın inkişafına daim böyük qayğı göstərdiyini, məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı şahmat məktəblərinin istifadəyə verildiyini bildirib, ölkəmizdə güclü şahmat məktəbinin yaradıldığını məmnunluq hissi ilə dilə gətirib. Vurğulayıb ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib, ölkəmizdə idmanın kütləviliyi təmin edilib, həmçinin şahmat sahəsində də parlaq ənənələr davam etdirilərək yeni-yeni uğurlara imza atılıb.

Qeyd edilib ki, yarışda səkkiz komanda iştirak edib və hər komandanın tərkibi beş iştirakçıdan ibarət olub. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində uğurla çıxış edən DİN-in Polis Akademiyasının komandası qalib adına layiq görülüb. FHN Akademiyası ikinci, Milli Aviasiya Akademiyası isə üçüncü yerə sahib olub.

Yekunda qalib komandalara diplom, medal və kuboklar təqdim olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir