Şamaxı rayonunda məktəbli qızın bir neçə şəxs tərəfindən zorlandığı iddia ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsi açıqlama verib.
Qurumdan resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisədə adları qeyd edilən şəxslərdən biri həmin məktəbin X sinif şagirdidir:
“Bu hadisə ilə əlaqədar ötən gün Dağlıq Şirvan Regional Təhsil İdarəsinə məktəb direktoru tərəfindən məlumat verilib. Bildiririk ki, bu məsələ ilə əlaqədar hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq məlumat veriləcək”.
İdarədən əlavə edilib ki, məktəb direktorunun həmin məsələnin üstünün bağlamasına çalışması haqqında onlara heç bir məlumat daxil olmayıb.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Şamaxı rayonunda məktəbli qızın bir neçə şəxs tərəfindən zorlandığı iddia edilib.
Bildirilib ki, rayonun Sabir qəsəbəsi Alxan Alxanov adına orta məktəbdə oxuyan 11-ci sinif şagirdinə qarşı bu əxlaqsızlığı edənlərdən biri məktəbin şagirdidir. Edən şəxslər arasında əmisi oğlunun da olduğu qeyd edilib.
Məlumata görə, məktəbin direktoru məsələnin üstünü bağlamağa çalışır.
İlhamə Əbülfət
www.RESMIXEBER.az