“Barselona”nın sabiq futbolçusu Jerar Pikenin adı yenidən qalmaqalla hallanır.
Xəyanət üzündən Şakira ilə 11 illik münasibətlərinə son verən keçmiş müdafiəçi bu dəfə özü xəyanətlə üzləşib. Pikenin model sevgilisi Klara Çianın onu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə aldatdığı iddia edilir. Qvardiolanın uşaqları ilə eyni məktəbə gedən Çia məşhur mütəxəssislə orada tanış olub.
Modelin intiqam almaq məqsəd ilə bu addımı atdığı bildirilir. Bir müddət əvvəl Pikenin ona vəkili ilə xəyanət etdiyi barədə xəbərlər yayılıb.
Mənbə: “Sport”
www.RESMIXEBER.az