Binanın üstündə inşa edilən qanunsuz tikinti dayandırıldı – VİDEO

Cəmiyyət


Paytaxtın Yasamal rayonu, Moskva prospekti, 8 ünvanında qanunsuz tikinti işləri həyata keçirilib. 

Bu barədə məlumatlar Baku.ws-in qaynar xəttinə daxil olub. 

Belə ki, sözügedən ünvanda binanın sonuncu mərtəbəsində mansard tipli qanunsuz tikinti işləri həyata keçirilib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əlaqə saxladıq. 

Qurumun mətbuat xidmətindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında Yasamal rayonu, Moskva prospekti, 8 ünvanında yerləşən “Main” yaşayış komleksinin 33 saylı yaşayış binasına baxış keçirilib:

“Binanın sonuncu mərtəbəsində qeyri-qanuni inşa olunan tikili sökülüb və yaşayış kompleksinin rəhbərliyinə binanın layihə vəziyyətinə qaytarılması barədə tapşırıq verilib”.

Sözügedən görüntüləri təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir