Türkiyə Silahlı Qüvvələrinin Hakkari vilayətinin Yüksekova rayonunda keçirdiyi əməliyyat nəticəsində “narıncı kateqoriya”ya aid olan PKK terrorçusu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu özünün “Twitter” səhifəsində yazıb.
Süleyman Soylu əlavə edib ki, terrorçu mağaraya sığındığından əməliyyat yüksək dağlıq relyefdə aparılıb.
“Bölgədə xalqımızın dəstəyi ilə antiterror əməliyyatları sədaqətlə və qətiyyətlə aparılır”, – Türkiyənin DİN başçısı vurğulayıb.
www.RESMIXEBER.az