Azərbaycan Prezidenti: “Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərir”

Siyasət


“Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

“Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərir. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımaların həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Keçən il və bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər etdiyini və hələ səfərlər edəcəyini vurğulayan Prezident İlham Əliyev bildirib: 

“Yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər atılmalıdır. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və olunacaq”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir