Moskvada silahlı şəxs Müdafiə Nazirliyinin binasına girmək istədi

Dünya


Rusiyanın paytaxtı Moskvada silahlı şəxs Rusiya Müdafiə Nazirliyinin əsas binasının ərazisinə soxulmağa cəhd edib.

40 yaşlı B.Dmitrini Frunzenskaya naberejnaya küçəsindəki binanın yaxınlığında görüblər.

O, ucadan qışqıraraq nəsə deməyə çalışıb və nazirliyin ərazisinə daxil olmaq istəyib. Lakin buna nail ola bilməyib.

Naməlum şəxs polis bölməsinə aparılıb və tapançası müsadirə olunaraq ekspertizaya göndərilib.

Saxlanılan şəxs barəsində isə xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib.

Mənbə: “SHOT” “Telegram”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir