“İran Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, Azərbaycanın sərvətlərini vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də etiraz etməyib. Hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycan dövlətini İsraildə səfirlik açmasından narahatdır”.
resmixeber.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova bugünkü plenar iclasda çıxışı zamanı deyib.
“Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı dövlətlə necə münasibət qurması onun daxili işidir. Azərbaycanın suveren hüquqlarına qarışmağa heç kimin haqqı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edirik, İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa, ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq”, – deyə S. Qafarova əlavə edib.
www.RESMIXEBER.az