Taxta bazarındakı qiymətlərdə kəskin azalma – Ucuzlaşmaya səbəb nədir?

Cəmiyyət


Azərbaycan bazarında taxta məmulatlarının qiyməti kəskin düşüb. Paytaxtın məşhur topdansatış bazarı olan “Dərnəgül”də apardığımız müşahidələrdən aydın oldu ki, taxta məmulatlarının qiyməti son bir ildə 30-35 faiz ucuzlaşıb. Ötən ilin aprelində taxtanın bir kubmetri 450-470 manata satılırdısa, indi bu 320-330 manata təklif olunur. 

Bundan başqa “dikt”in növündən asılı olaraq qiymətləri hazırda 20-30 manat arasında dəyişir. Halbuki ötən il bu məhsullar 30-50 manata təklif olunurdu.

Şübhəsiz ki, tikinti materiallarında qiymət enişi tikintidə maya dəyərin aşağı enməsinə və daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsinə gətirib çıxarır.

Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirlinin fikirlərini öyrəndik. 

Ekspert Bizim.media-ya açıqlamasında bildirib ki, Azərbaycana taxta materiallarının 95-96 faizini Rusiyadan idxal edilir:

“Ona görə də qiymətlərdə ucuzlaşmanın olması müsbət haldır. Taxta məmulatlarının bazar qiymətlərinin enməsininin iki səbəbi var:

Birincisi, son bir ildə Rusiya ilə Azərbaycan arasında imzalanan sənədlərdir. Bu razılaşmalar hesabına Rusiyadan idxal edilən məhsullarda son vaxtlar ucuzlaşma nəzərə çarpır.

İkinci səbəbsə, Rusiyanın beynəlxalq sanksiyalar hesabına dünya bazarına çıxışındakı problemlərdir. Rusiya məcburdur ki, qonşu dövlətlərə daha çox məhsul ixrac etmək üçün qiymətləri aşağı salsın.

Bu iki səbəbə görə hazırda taxta bazarında qiymətlər enir. Qiymətlərin enməsi ən azı yay aylarınadək davam edəcək.

Ekspert başqa bir məsələyə də toxunub:

“Əslində Rusiyadan idxal olunan bütün məhsullar ucuzlaşmalıdır. Əgər hansısa rus məhsulu ucuzlaşmırsa bu, artıq bizim bazardakı struktur problemi ilə bağlıdır. Çünki beynəlxalq sanksiyalar davam etdikcə Rusiya məhsulları ucuzlaşmaq məcburiyyətindədir. Əgər bu ucuzlaşma baş vermirsə, deməli problemi daxildə axtarmaq lazımdır”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir