“Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlarımızı Rusiya ordusunda xidmətə dəvət edən bukletlərlə bağlı araşdırma aparır”.
Bunu resmixeber.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərində Rusiya ordusunda xidmətlə bağlı bukletlərin paylandığı iddia edilib.
Digər iddiaya əsasən isə sözügedən bukletlər Rusiyada azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə paylanılır.
Bukletlər Rusiya ordusunda xidmətlə bağlı “babalarımız kimi, Vətən üçün çiyin-çiyinə duraq” başlığı ilə paylanıb. Belə ki, Rusiya uğrunda döyüşmək, hərbi əməliyyatlara qoşulmaq müqabilində Rusiya vətəndaşlığı, mənzil, yüksək maaş, ailə üçün xeyli güzəştlər və imtiyazlar vəd edildiyi bildirilir.
Bukletdə qeyd edilib ki, müqaviləni imzalayan şəxs altı aylıq xidmətdən sonra Rusiya vətəndaşlığı alır. Əgər şəxs vətəndaşlığı alırsa, özü və ailəsi üçün rəsmi mənzil almaq hüququ qazanır.
Tələb şəxslərin 18-60 yaş aralığında olmasıdır.
İlhamə Əbülfət
www.RESMIXEBER.az