Xəzər dənizinin səviyyəsində azalma bu templə davam edərsə, 10 il sonra burada gəmilərin hərəkəti müşkülə çevriləcək.
Bəs suyun səviyyəsinin bu qədər enməsinə səbəb nədir?
Coğrafiya institutunun şöbə müdiri Səid Səfərov “Xəzər Xəbər”ə bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğu üçün səviyyənin artması və ya azalması əsasən iqlim dəyişikliyi ilə bağlı olur. Dənizi qidalandıran çayların səviyyəsi də buna birbaşa təsir edir.
Şöbə müdiri əlavə edib ki, Kür çayının ölkəmizə daxil olan hissəsindəki səviyyəsi ötən ilə nisbətən 30 faiz çoxdur:
“Lakin çay Azərbaycana daxil olduqdan sonra sanki buxarlanır. Kür çayının səviyyəsinin aşağı olması, eləcə də iqlim dəyişiklikləri Xəzərin səviyyəsinə ciddi təsir edir”.
Səid Səfərov deyir ki, hazırda suyun səviyyəsində 32 santimetr azalma müşahidə olunur.
Azərbaycan “Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən mövzu ilə bağlı bildirilib ki, gəmilərin körpülərə maneəsiz yan almasının təmin edilməsi üçün Bakı limanında mütəmadi dib dərinləşdirmə işləri həyata keçirilir.
Daha ətraflı süjetdə:
www.RESMIXEBER.az