Bakıda gənc oğlan bıçaqlandı

Cəmiyyət


Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Adıgözəlzadə Malik Şahin oğlu tanışı ilə əlbəyaxa dava edib. O, dava zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir