Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra 6 fevral – 6 aprel tarixləri arasında 25 minə yaxın yeraltı təkan baş verib.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qurumun sosial media hesabından edilən açıqlamaya görə, son iki ayda ölkə ərazisində 24 min 927 zəlzələ qeydə alınıb.
Açıqlamada qeyd olunub ki, Türkiyə və yaxın ölkələrdə zəlzələ aktivliyi AFAD tərəfindən həftənin 7 günü 24 saat fasiləsiz izlənilir.
www.RESMIXEBER.az