Soltan Məmmədov: “Britaniya nümayəndə heyəti Ağdamda minatəmizləmə işləri ilə yaxından tanış oldu”

Cəmiyyət


“Azərbaycan Respublikasının Milli Məclisi müharibədən sonra ölkəmizin regionda təqdim etdiyi sülh strategiyası, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın atdığı addımlarda parlament siyasətinə böyük önəm verir”.

resmixeber.az xəbər verir ki, bunu britaniyalı parlamentarilərlə birlikdə Ağdama səfər edən Milli Məclisin deputatı Soltan Məmmədov jurnalistlərə bildirib.

“Eyni zamanda, bu gün biz Milli Məclis olaraq müxtəlif ölkələrin parlamentləri ilə dostluq qrupları arasında Azərbaycanın mövqeyini, Azərbaycanın sülh siyasətini və bu istiqamətdə Azərbaycana dost olan ölkələrin dəstəyini almaqdan ötrü parlamentlərarası münasibətlərə xüsusi önəm veririk. Çox sevindirici haldır ki, Azərbaycanın mövqeyini Böyük Britaniya parlamentində dəstəkləyən və hər zaman qarşı tərəfə çatdıran Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun prezidenti, vitse-prezidenti və nümayəndə heyəti Azərbaycandadır. Hökumət nümayəndələri ilə keçirilən görüşdən sonra bu gün biz Ağdama səfər etmişik.

Qonaqlar Ağdamda ermənilər tərəfindən törədilmiş dağıdıcı siyasətlə və bu gün burada həyata keçirilən quruculuq işləri ilə, ən əsası isə hər birimiz üçün ən böyük problem olan minaların təmizlənməsi üçün görülən işlərlə yaxından tanış oldular. Biz əminik ki, Böyük Britaniya hökuməti minaların təmizlənməsində Azərbaycana kömək edir, Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini tanıyaraq ölkəmizin beynəlxalq təşkilatlara və qarşı tərəfə təqdim etdiyi beş prinsiplik sülh strategiyasını dəstəkləyir. İnanırıq ki, bundan sonra da bu dəstəyi alacağıq. Bu səfər Böyük Britaniya hökumətinin Azərbaycanın regionda həyata keçirdiyi sülh siyasətinə olan dəstəyinin, o cümlədən parlamentlərarası münasibətlərin davamlı inkişafının bariz nümunəsidir”, – deputat qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir