AZAL “A320neo” ailəsinə aid 12 təyyarə sifariş edib – FOTO

Siyasət


Azərbaycan milli aviadaşıyıcısı (AZAL) “A320neo” və “A321neo” laynerləri daxil olmaqla “A320neo” ailəsinə aid 12 “Airbus” təyyarəsi üçün sifariş verib.

Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

AZAL QSC ilə “Airbus” beynəlxalq şirkəti arasında müqavilənin imzalanma mərasimi bu gün, aprelin 6-da Bakıda baş tutub. 

Tədbirdə “Azərbaycan Hava Yolları”nın rəhbərliyi və AZAL-ın Müşahidə Şurasının üzvləri, eləcə də Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi və “Airbus” təyyarələrinin istehsal olunduğu ölkələrin diplomatları, o cümlədən Almaniya, Fransa və Birləşmiş Krallığın səfirləri iştirak ediblər.

Yeni təyyarələr aviaşirkətin səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa və parkda olan bütün hava gəmilərində sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verir. Bu amillər müasir və qənaətcil təyyarələrin istismarına yönəlmiş AZAL-ın donanmasının yenilənməsi strategiyasının bir hissəsidir. Mühərriklərin seçimi aviaşirkət tərəfindən daha sonrakı mərhələdə baş tutacaq.

“Bu gün milli aviadaşıyıcının inkişafında mühüm bir addım atılıb. Əldə edilmiş nailiyyət Azərbaycan Prezidenti İlham Əliyevin daimi qayğısı və bilavasitə diqqəti sayəsində mümkün olub”, – deyə AZAL QSC-nin birinci vitse-prezidenti Samir Rzayev bildirib.

“Biz donanmamızın modernləşdirilməsi proqramı üzrə “Airbus” ilə qarşılıqlı faydalı əməkdaşlığımızı davam etdirməkdən məmnunuq və ikitərəfli tərəfdaşlığımızı gücləndirmək niyyətindəyik. İmzalanmış müqavilə sərnişinlərimizə ən müasir və komfortlu dar gövdəli təyyarələri ilə səyahət təmin edəcək”, – o qeyd edib.

“Airbus” Beynəlxalq Departamentinin rəhbəri və baş kommersiya direktoru Kristian Şerer vurğulayıb:

“Bu sifariş “Airbus” və “Azərbaycan Hava Yolları” arasında məhsuldar əməkdaşlıqda mühüm mərhələdir. “A320neo” ailəsi öz donanması üçün sərfəli həllər axtaran aviaşirkətlər üçün ən yaxşı seçim olaraq qalır. Bu sifariş müştərilərimizin “A320neo” təyyarəsinin performansına və etibarlılığına inamının sübutudur. Əminik ki, bu qərar “Azərbaycan Hava Yolları”nın uzunmüddətli perspektivdə davamlı inkişafına töhfə verəcək”.

Hazırda AZAL-ın donanmasına 14 “Airbus” təyyarəsi: 4 ədəd “A319ceo”, 6 ədəd “A320ceo”, 2 ədəd “A340” və ilin əvvəlindən 3 yeni nəsil “A320neo” təyyarəsi daxildir.

Aviaşirkət yerli və beynəlxalq marşrut şəbəkəsini inkişaf etdirmək üçün “A320neo” ailəsinin səmərəli təyyarələrindən istifadə etməyi planlaşdırır.

“A320neo” təyyarələri böyüdülmüş “Sharklets” qanad ucları, CO2 emissiyalarını azaldan və ən azı 20% yanacaq qənaəti təmin edən yeni nəsil mühərriklər kimi ən son texnologiyalarla təchiz edilib.

“A320neo” ailəsi 135 müştərinin 8700-dən çox sifarişi ilə dünyada ən populyar hava gəmisi növüdür.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir