“İyulda Vilnüsdə keçiriləcək NATO sammitində Ukrayna alyansa üzv olmaq üçün rəsmi şəkildə dəvət edilməlidir”.
Belə bir qətnaməni Litva Seymi (parlamenti) qəbul edib.
“Sammitdə Ukraynanı NATO-ya üzv olmağa dəvət etmək, üzvlük protokollarını imzalamaq və müvafiq şərait yarandıqdan sonra onların ratifikasiya prosesinə başlamaq lazımdır”, – deyə Seym müraciət ünvanlayıb.
Öz növbəsində Parlamentin Beynəlxalq məsələlər üzrə Komitəsinin sədri Ciqimantas Pavilenis vurğulayıb ki, Rusiya Ukraynanın NATO-ya daxil olmasına veto vermək hüququna malik olmamalıdır. O, həmçinin qeyd edib ki, Ukraynanın alyansa qəbulu Kiyevə daimi hərbi yardımdan daha ucuz başa gələcək.
Daha əvvəl Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı danışıqlar yalnız onun suverenliyinin qorunub saxlanması şərti ilə mümkündür.
Mənbə: TASS
www.RESMIXEBER.az