Bəzi bioloji fəallığa malik aktiv qida əlavələrində zərərli maddə aşkarlanıb

Cəmiyyət


Azərbaycana gətirilən bioloji aktiv qida əlavələrində toxluq hissini artıran, ancaq istifadəsinə 2010-cu ildə qadağa qoyulmuş maddə aşkarlanıb.

Bu barədə Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi məlumat yayıb.

Qeyd olunub ki, mərkəzə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən 06.03.2023-cü il tarixli müraciətlə daxil olmuş “Lipotrim kaps N36” (seriyası: 555017, yararlıq müddəti: 01.03.2023) və “Black Panther kaps N36” (seriyası: 0000991720, yararlıq müddəti: 01.02.2025) nümunələrinin ekspertizası aparılıb.

Təqdim edilən “Lipotrim kaps N36” və “Black Panther kaps N36” adlı nümunələr üzərində aparılmış tədqiqatlar nəticəsində tərkiblərində qablaşdırmalarının üzərində haqqında məlumat verilməmiş, Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının SİYAHISI”nda göstərilmiş “sibutramin” adlı fəal təsiredici maddənin eyniliyi təsbit olunub.

Əlavə olaraq bildirilib ki, “Lipotrim kaps N36” və “Black Panther kaps N36” bioloji fəallığa malik aktiv qida əlavələrinin ekspertizası üçün AEM-ə müraciət olunmayıb.

Sibutramin – toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur. Avropa Birliyinin ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən sibutramin tərkibli dərmanın əlavə təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb.

Həmçinin ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) istehsalçılardan təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsinin qadağan olunduğunu göstərməyi tələb edib. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir