Çinin paytaxtı Pekində İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahianla Feysəl bin Fərhan arasında danışıqlar başlayıb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin “Telegram” kanalında dərc edilib.
Bəyanatda qeyd edilir ki, nazirlər iki ölkənin səfirlik və konsulluqlarının yenidən açılması ilə bağlı praktiki addımları, həmçinin ikitərəfli münasibətlərin bəzi aspektlərini müzakirə edəcəklər.
www.RESMIXEBER.az