Türkiyə sahillərində Ukraynaya yollanan ticarət gəmisi batıb – FOTO/VİDEO

Dünya


Aralıq dənizində, Türkiyənin Kumluca şəhəri sahillərində Ukraynaya yollanan ticarət gəmisi batıb.

Bu barədə Türkiyə Sahil Mühafizəsindən xəbər verilib.

Bildirilir ki, İskəndərun-İzmail marşrutu ilə hərəkət edən Qvineya-Bisau bayraqlı gəmidə 14 ekipaj üzvü olub, onlardan beşi xilas edilib. Qalan doqquz nəfərin axtarışı davam edir.

Axtarış-xilasetmə əməliyyatına Sahil Mühafizəsinin iki helikopteri və bir təyyarəsi cəlb olunub.

Hadisə ilə bağlı Kumluca Baş Prokurorluğu araşdırmalara başlayıb.

Mənbə: Hurriyet

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir