Bakıda dənizkənarı ərazidə qanunsuz tikili söküldü – FOTO

Cəmiyyət


Bakının Qaradağ Rayon İcra Hakimiyyəti şəhərsalma nəzarəti qaydasında keçirilmiş monitorinq nəticəsində rayonun Lökbatan qəsəbəsi, 1A massivi ünvanında (Lökbatan gölünün ətrafında) torpaq sahələrinin ayı-ayrı şəxslər tərəfindən zəbt olunaraq tikinti işlərinin aparılması faktlarını aşkarlayıb.

Bu barədə məlumatı Qaradağ RİH yayıb.

Qeyd olunub ki, Qaradağ RİH-in məsul şəxsləri, həmçinin Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Lökbatan bələdiyyəsinin əməkdaşları yerində aparılan araşdırma nəticəsində Lökbatan qəsəbəsi, 1A massivi ünvanında dövlətin müstəsna mülkiyyətində olan əraziyə tikinti materialı (mişar daşı) boşaldılaraq torpaq sahələrinin zəbt olunmasını aşkar ediblər.

Həmçinin, zəbt olunmuş torpaq sahələrində Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə əməl etmədən hasarlanma və tikinti işlərinin həyata keçirilməsi faktları müəyyən edilib.

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan ünvandan tikinti materialı (mişar daşı) daşınaraq ərazi əvvəlki vəziyyətinə gətirilib. Həmçinin ərazidəki tikinti işləri dayandırılıb, tikinti aparan şəxslərə xəbərdarlıq edilib və rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində qanunamüvafiq qaydada tədbirlər görülüb.

RİH-dən həmçinin bildirilib ki, cari il üzrə Lökbatan qəsəbəsi ərazisində ümumilikdə 24 ədəd torpaq sahəsinin zəbt olunması cəhdinin və qanunsuz tikinti işlərinin aparılmasının qarşısı alınıb. Hal-hazırda da qəsəbələrdə mütəmadi olaraq qanunsuz tikililərlə bağlı monitorinqlər təşkil edilərək nəzarət prosesi davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir