Mədəniyyət Nazirliyində idarə rəisi işdən çıxarılıb.
resmixeber.az-ın məlumatına görə, bununla bağlı mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov vəzifəsindən azad olunub.
Qeyd edək ki, bir ay əvvəl Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Mədəniyyət Nazirliyi məlumatı saytımıza təsdiqləyib. Bildirilib ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Beybala oğlu Musayevə aprelin 4-dən üç ay müddətinə həmin idarənin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq həvalə edilib.
İlhamə Əbülfət
www.RESMIXEBER.az