Bakıda avtomobilin vurduğu piyada ölüb.
resmixeber.az xəbər verir ki, Cavid İsa oğlu Əsgərov idarə etdiyi özünə məxsus “Mercedes-Benz” markalı, 99-GC-949 dövlət qeydiyyat nişanlı avtomobili ilə Binəqədi rayonu, Atatürk prospekti ilə “Gənclik” metro stansiyası istiqamətində hərəkətdə olduğu zaman piyada Məhəmməd İmaməli oğlu Babaşovu vuraraq xəsarətlər yetirib.
Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
www.RESMIXEBER.az