İtaliya Kubokunda yarımfinal mərhələsinə start verilib.
resmixeber.az xəbər verir ki, ilk matçda “Yuventus” və “İnter” birincilərin meydanında üz-üzə gəliblər.
İtaliya derbisində qalib müəyyənləşməyib – 1:1. Hesabı 83-cü dəqiqədə turinlilərin heyətində Xuan Kuadrado vurub. Ancaq 90+5-ci dəqiqədə Romelu Lukaku penaltidən fərqlənərək, bərabərliyi təmin edib.
Cavab matçı aprelin 26-da keçiriləcək.
www.RESMIXEBER.az