Çavuşoğlu İsveçin NATO-ya üzvlük şərtini açıqladı – FOTO

Dünya


Stokholmun NATO-ya üzvlük ərizəsinin Ankara tərəfindən təsdiqləməsi üçün İsveçin Türkiyə ilə terrorla mübarizədə əməkdaşlığı şərtdir.

Bunu çərşənbə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə Şimali Atlantika Alyansı ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində isveçli həmkarı Tobias Bilström ilə görüşündən sonra bildirib.

“İsveçli həmkarı Billström ilə görüşdə ona NATO-ya daxil olmaq üçün atılması lazım olan addımları xatırlatdıq. Terrorizmlə mübarizədə nəticəyönümlü əməkdaşlıq şərtdir”, – türkiyəli nazir “Twitter”də yazıb.

Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etsələr də, Türkiyə xüsusilə də İsveçdən kürd təşkilatlarını terrorçu elan etməsini, eləcə də terrorizmdə və ya 2016-cı il dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək, üzvlük prosesini əngəlləyib. Sonradan Stokholm ölkədəki terrorçuları Ankaraya təhvil verəcəyini vəd edərək müvafiq memorandumu imzalasa da, bu öhdəlik hələ də icra olunmayıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir