“Azərbaycan ərazilərinin minalanması Ermənistanın dövlət siyasəti çərçivəsində həyata keçirilib” – RƏY + FOTO

Siyasət


“Bu gün Azərbaycan dünyada ən çox mina çirklənməsinə məruz qalan ölkələrdən biridir. Mina ilə çirklənmiş digər bölgələrdən fərqli olaraq Azərbaycan ərazilərinin minalanması Ermənistanın dövlət siyasəti çərçivəsində həyata keçirilib”.

Bunu “resmixeber.az”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, eyni zamanda proses hazırda da bu və ya digər formada davam edir:

“Belə ki, müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı minaları aşkar etməyimiz İrəvanın müharibə cinayətlərindən könüllü şəkildə imtina etmək niyyətində olmadığını göstərir. Digər tərəfdən, üzərinə öhdəlik götürməsinə baxmayaraq Ermənistan dəqiq mina xəritələrini hələ də təqdim etməməklə 2020-ci ilin noyabrından etibarən 300-ə yaxın insanın davam edən müharibə cinayətlərinin qurbanına çevrilməsinə səbəb olub”.

Deputat beynəlxalq ictimaiyyətin hələ də lazımi səylər göstərmədiyini qeyd edib:

“2005-ci ildə BMT Baş Assambleyası tərəfindən aprelin 4-ü “Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü” olaraq elan edilib. Demək olar ki, bütün söz sahibi ölkələrdə bu gün təntənəli formada qeyd olunur, amma real işə gəldikdə, biz tamamilə fərqli münasibətlərlə qarşılaşırıq. Məsələn, iri güclərin heç biri tərəfindən Ermənistanın mina xəritələrini təhvil verməsinə dair çağırış almırıq. Ayrı-ayrı psevdo siyasilərin müdafiəsinə qalxan korrupsiya yuvası Avropa Parlamenti bir dəfə də olsun 2 ildə 300-ə yaxın insanın mina qurbanına çevrilməsini gündəmə gətirməyib. Əksinə, Fransanın, Avropa Birliyinin simasında biz ləyaqətsiz formada çağırışlar eşidirik ki, Azərbaycan Laçın yolunu hərbi daşımalar üçün açsın və Ermənistan, İran və digərləri separatçılara yeni istehsal minalar daşısın və onlar da Azərbaycan ərazilərini minalasınlar. Bu açıq formada terrora və müharibə cinayətlərinə dəstəkdir. 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü regionumuzda vəziyyət belədir”.

B.Məhərrəmovun sözlərinə görə, Azərbaycan onsuz da özgücünə mina təhlükəsini aradan qaldırmaqda və milli prioritetimiz olan işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təhlükəsiz reallaşması üçün müvafiq konsepsiya həyata keçirməkdədir:

“Lakin İlham Əliyevin ötən ilin oktyabrında Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında da ifadə etdiyi kimi, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu mənada əgər BMT Baş Assambleyası 4 aprel qlobal yardım çağırışlarında səmimidirsə mütləq Ermənistanın müharibə cinayətləri ilə bağlı açıq mövqeyini ifadə edib, İrəvanın təcavüzkar davranışına münasibət bildirməli, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın işğaldan azad olunmuş ərazilərində davam edən humanitar mina böhranına yönəltməlidir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir