Ermənilərə “mənəvi atalıq” edən Fransa – VİDEO

Siyasət


“Fransanın başqalarına etnik azlıqların hüquqları ilə bağlı irad bildirməyə mənəvi haqqı yoxdur”.

Bunu bu gün Milli Məclisin iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib.

Deputatın sözlərinə görə, Fransa Avropa məkanında milli azlıqlara məxsus şəxslərin hüquqlarının mühafizəsi sahəsində ən fundamental sənədlərdən biri hesab olunan Milli Azlıqlar haqqında Çərçivə Konvensiyasını indiyə qədər imzalamayıb.

“Bununla yanaşı, Avropa Şurasının Regional və ya Azlıq dilləri üzrə Avropa Xartiyasını ratifikasiya etməyib. Bu, əslində, Fransanın milli azlıqların hüquqlarına yanaşmasını əks etdirən faktlardır”, – deyə S.Məmmədov əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir