Azərbaycan “Ağıllı şəhər” konsepsiyası ilə bağlı xarici təcrübəni öyrənib

Dünya


İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu “Ağıllı şəhər” konsepsiyasının inkişafında rəqəmsal texnologiyaların aparıcı rolu ilə bağlı müxtəlif ölkələrin təcrübəsini öyrənib.

“resmixeber.az” xəbər verir ki, bunu institutun İdarə Heyətinin sədri Mahir Hümbətov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, institutun əməkdaşları inkişaf etmiş ölkələrin innovativ texnologiyalarını, süni intellektini, məlumatların emalı və əşyaların internetindən istifadə təcrübəsini təhlil ediblər.

Xatırladaq ki, İqtisadi Elmi Tədqiqat İnstitutu dövlətin iqtisadi siyasətinin və iqtisadi qərarlarının qəbulunun elmi əsaslarının, o cümlədən iqtisadi strategiya, dövlət proqramı və sənədlərinin hazırlanmasında iştirak edərək, modellər, analitik alət və üsullar, metodoloji vəsaitlər, məlumat bazaları və digər analitik vasitələrin və ya yüksəkixtisaslı kadrların hazırlanması ilə, həmçinin beynəlxalq əməkdaşlıq, iqtisadi diplomatiya, nəqliyyat dəhlizləri, yaşıl artım, dövlət əmlakının idarəedilməsi, təbii inhisarlar və s. mövzularda açıq və qapalı arayışlar, qısamüddətli təhlil və rəylər vasitəsilə də İqtisadiyyat Nazirliyinin cari fəaliyyətinə töhfə verir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir