Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
“resmixeber.az”un məlumatına görə, Şağan qəsəbəsində tanıdığı şəxslər tərəfindən bıçaqlanan 1965-ci il təvəllüdlü Cəlilov Əzizağa Şəmsi oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qarının ön divarının çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
www.RESMIXEBER.az