Bu ilin fevral ayının əvvəlində ABŞ üzərində görünən Çin hava şarı ABŞ hərbi obyektlərinin bir neçəsindən kəşfiyyat məlumatları toplamağa nail olub.
Bu barədə “NBC News” iki yüksəkrütbəli amerikalı rəsmiyə istinadla xəbər verir.
Bildirilir ki, bu, Bayden administrasiyasının şarın məlumat toplamasına mane olmaq cəhdlərinə baxmayaraq baş verib.
Nəşrin üç həmsöhbətinin fikrincə, administrasiyanın səyləri olmasaydı, Pekin daha çox kəşfiyyat məlumatı toplaya bilərdi.
Xatırladaq ki, fevralın 5-də amerikalı hərbçilər Cənubi Karolina üzərində Çin aerostatını vurublar. Çin hökuməti bunun nəzarəti itirmiş meteoroloji zond olduğunu və külək səbəbindən kursdan çıxdığını iddia edib, lakin ABŞ səlahiyyətliləri bunun casus məqsədli olduğunu deyiblər.
www.RESMIXEBER.az