İran parlamentinin Ərdəbilin Germi şəhərindən seçilmiş deputatı Naser Nəsiri İran hökumətini Azərbaycana qarşı düşmənçilik, Ermənistana isə sevgi bəslədiyinə görə kəskin tənqid edib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
“Konstitusiyanın 3-cü və 11-ci maddələrinin bütün müsəlmanlara münasibətdə qardaşlıq, İslam xalqları ilə birlik, ittifaq və dünyanın məzlumlarına tam dəstəyə çağırışını əsas tutaraq Azərbaycanla qarşıdurma, onu hədələmə və işğalçı Ermənistanla müttəfiqlik nəyə əsaslanır? İki kafir müttəfiqimiz olan Rusiya və Çindən başqa hansı müsəlman ölkəsi ilə birliyimiz var?!”, – deyə deputat qeyd edib.
www.RESMIXEBER.az