Bəzi OPEC+ ölkələri neft hasilatı azaldır

Dünya


Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, bir sıra OPEK ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmağa qərar verib.

Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, krallıq gündəlik hasilatı 500 min barel azaldacaq. BƏƏ-də isə azalma sutkada 144 min barel təşkil edəcək.

Bundan əlavə, hasilat İraqda (-211 min barel), Küveytdə (-128 min barel), Omanda (-40 min barel), Əlcəzairdə (-48 min barel) və Qazaxıstanda ((-78 min barel) azaldacaq.

Həmçinin, Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın da hasilatı könüllü olaraq sutkada 500 min barel azaltmaq qərarını 2023-cü ilin sonuna qədər uzatdığını açıqlayıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir