İsrail hökuməti bazar günü keçirilən iclasda Milli Qvardiyanın yaradılması qərarını təsdiqləyib.
Bu barədə baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Yeni güc strukturu ifrat sağçı Yəhudi Gücü partiyasının lideri İtamar Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin nəzdində formalaşacaq.
Milli Qvardiya iğtişaşlar kimi fövqəladə hallarla mübarizə aparmalı olacaq. Lakin yaradılan güc strukturunun səlahiyyətlərinin tam siyahısı hələ ki, xüsusi komissiya tərəfindən müəyyən edilməlidir.
Mənbə: TASS
www.RESMIXEBER.az