Ağdaşda iki “KamAz” toqquşub: Ölən var

Cəmiyyət


Ağdaşda, Ləki qəsəbəsindən keçən yolda gecə saatlarında “KamAz” markalı iki yük avtomobili toqquşub.

resmixeber.az xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində sürücülərdən biri, 1965-ci təvəllüdlü İsmayılov Elçin İsmayıl oğlu ağır bədən xəsarətləri alıb və Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olan sürücü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir