ABŞ-nin bir neçə ştatını vuran və onlarla tornado ilə müşayiət olunan qasırğa nəticəsində ölənlərin sayı 30-a çatıb.
Bundan əvvəl təbii fəlakət nəticəsində 21 nəfərin öldüyü barədə məlumat yayılıb.
8 ştatı bürüyən təbii fəlakət səbəbindən yaşayış binaları, o cümlədən aralarında məktəb, kilsə və teatr olan bir sıra infrastruktur obyektləri dağıdılıb.
Ən çox ölüm Tennessi, Arkanzas və İndiana ştatlarında qeydə alınıb.
Mənbə: NBC
www.RESMIXEBER.az