İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə Bankın 2023-2026-cı illərdə Azərbaycanla əməkdaşlıq planını müzakirə edib.
Bu barədə nazir “Twitter” hesabında paylaşım edib.
Onun sözlərinə görə, görüşdə Dünya Bankı ilə ölkəmizin iqtisadi əməkdaşlığının gündəliyində olan məsələlər, Bankın hazırladığı investisiya layihələri, 2023-2028-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasının növbəti mərhələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Dünya Bankının (@WorldBank) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus (@SMolineus) ilə Bankla ölkəmizin #iqtisadi əməkdaşlığının gündəliyində olan məsələləri müzakirə etdik:
– Bank tərəfindən hazırlanmış #investisiya layihələri
– 2023-2028-ci illər üzrə Ölkə… pic.twitter.com/8mmVDJGYxx— Mikayil Jabbarov (@MikayilJabbarov) March 30, 2023
www.RESMIXEBER.az