Nazir: “Azərbaycanın Fələstində Təmsilçilik Ofisi açması əlaqələrimizi dərinləşdirəcək”

Dünya


“Biz ötən il Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik”.

resmixeber.az-nın Fələstinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə birgə mətbuat qarşısında çıxışı zamanı deyib.

“Biz bu illər ərzində qarşılıqlı anlaşmaya, hörmətə əsaslanan dostluq qurmuşuq. İki ölkə arasında yüksək səviyyəli səfərlər edilib, əlaqələrimizin intensivləşməsi üçün qarşılıqlı sənədlər imzalanıb”, – Ceyhun Bayramov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan və Fələstin Xarici İşlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələr aparır, növbəti siyasi məsləhətləşmə ilə bağlı da razılığa gəlinib.

“Bizi həmrəylik və ortaq dəyərlər birləşdirir. Mən inanıram ki, Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin açılması əlaqələrimizin dərinləşməsi istiqamətində yeni imkanlar təqdim edəcək”, – XİN rəhbəri vurğulayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir