Fələstin XİN rəhbəri: “Azərbaycanın verdiyi humanitar dəstəyə görə minnətdarıq”

Dünya


“Azərbaycanlı həmkarımla səmimi, açıq və dostcasına müzakirəmiz olub”.

resmixeber.az-nın Fələstinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat qarşısında çıxışı zamanı deyib.

“Biz qarşılıqlı əlaqələrimizi necə inkişaf etdirməklə bağlı məsələləri müzakirə etdik. Mən Fələstin xalqının azadlıq istəyinə verdiyi dəstəyə, beynəlxalq platformalarda bizi dəstəklədiyinə görə Azərbaycana təşəkkürümü çatdırdım. Azərbaycanın verdiyi humanitar dəstəyə görə minnətdarıq.

Azərbaycan hər il 25 fələstinli tələbə üçün təqaüd ayırır. Eyni zamanda Azərbaycan Nablus regionunda məktəb tikəcək, bu qərara görə təşəkkür edirəm” – Fələstin XİN rəhbəri qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir