“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin rəhbəri – böyük prokuroru, baş ədliyyə müşaviri Rəhim Əliyevin qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokurorun müavini Elmar Camalov martın 29-da Baş Prokurorluğun inzibati binasında onu qəbul edib.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
R.Əliyevə “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edilib.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.
www.RESMIXEBER.az